XƏBƏR, SİYASƏT
16-03-2019, 16:28

BMT-nin baş katibi İdlib problemi ilə bağlı təcili çağırış edib

BMT-nin baş katibi İdlib problemi ilə bağlı təcili çağırış edib
BMT-nin baş katibi Antonio Quterreş İdlibdə son həftələr ərzində döyüşlərin şiddətlənməsindən narahatlığını ifadə edib.

Qərbinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, baş katib məsələ ilə bağlı yazılı açıqlamasında bütün tərəfləri atəşkəsi davam etdirməyə çağırıb. A.Quterreş son zamanlar şiddətlənən döyüşlərin Suriyanın şimal-qərb və şimal-şərqində minlərlə mülki vətəndaşın həyatını təhlükəyə atdığını qeyd edib.

Suriyada 11,7 milyon insanın yardıma ehtiyacı olduğunu diqqətə çatdıran baş katib bildirib ki, bütün müharibə vəziyyətlərində beynəlxalq humanitar hüquqa əməl edilməlidir.






Son Xəbər