XƏBƏR, SİYASƏT
15-03-2019, 23:58

Buyar Nişani: Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələr təqdirəlayiqdir

Buyar Nişani: Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələr təqdirəlayiqdir

Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələr təqdirəlayiqdir.

Qərbinfo.az xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Albaniyanın sabiq Prezidenti Buyar Nişani bildirib.

Sabiq Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq əməkdaşlığa və dialoqa töhfə verməklə təkcə dünya ölkələrinin bir-birinə daha da yaxınlaşmasında deyil, həm də onların iqtisadi inkişafında əhəmiyyətli rol oynayır.

Buna misal olaraq, Azərbaycanın Xəzər dənizi hövzəsindən təbii qazın Türkiyə, Albaniya, Yunanıstandan keçməklə Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz boru kəmərinin bizim regionda uğurla reallaşdırılması nəticəsində bu layihəyə daxil olan ölkələrin, o cümlədən Albaniyanın iqtisadi inkişafının əhəmiyyətli hissəsi olan investisiya qoyuluşunu qeyd etmək olar. Balkan regionu ölkələrinin üzləşdiyi əsas çağırışlardan birinin məhz qazlaşdırma olduğunu deyən Buyar Nişani belə layihələrin, xüsusilə də TAP və TANAP kəmərlərinin əhəmiyyətini vurğulayıb.






Son Xəbər