XƏBƏR, DÜNYA
15-03-2019, 10:28

Yaponiyada rekord miqdarda saxta rezident kartı qeydə alınıb

Yaponiyada rekord miqdarda saxta rezident kartı qeydə alınıb
Yaponiya polisi 2018-ci ildə əcnəbilər üçün rekord miqdarda saxta rezident kartı qeydə alıb.

Qərbinfo.az xəbər verir ki, ötən il Yaponiyada bu göstərici 620 ədəd təşkil edib.

Həmin rəqəmin bu statistikanın aparılmağa başladığı 2013-cü ildən bəri rekord rəqəm olduğu bildirilir.

Yaponiyada yaşayan əcnəbilər rezident kartını daim özləri ilə gəzdirməlidirlər. Bu sənəddə onun sahibinin adı, doğum tarixi, statusu və ölkədə qalma müddəti göstərilir.

Polisin bildirdiyinə görə, internetdə yükəsk keyfiyyətli rezident kartlarının satışı barədə elanlar da aşkar edilib.






Son Xəbər