XƏBƏR
14-03-2019, 21:27

Akademik: Hər il dünyada altı-yeddi milyon insan vərəmdən ölür

Akademik: Hər il dünyada altı-yeddi milyon insan vərəmdən ölür Vərəm xəstəliyi qlobal bir problemdir. Bu problem təkcə səhiyyə ictimaiyyətini deyil, bütün dünya əhalisini ciddi şəkildə narahat etməkdədir.

Qərbinfo.az xəbər verir ki, bunu akademik Əhliman Əmiraslanov parlamentdə vərəm xəstəliyi ilə bağlı dinləmələrdə bildirib.

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına baxdım. Gözləmədiyim rəqəmlərlə qarşılaşdım”, - deyən Ə.Əmiraslanovun sözlərinə görə, bu gün dünyada 20 milyon vərəmli xəstə var.

“Eyni zamanda, hər il on milyona yaxın insan vərəmə yoluxur. Bununla yanaşı, hər il dünyada altı-yeddi milyon insan vərəmdən dünyasını dəyişir. Ona görə də görülən işlərə, müsbət nəticələrə baxmayaraq, arxayınlığa yol vermək olmaz.

Bu xəstəliklə mübarizə tədbirləri daha da gücləndirilməlidir”, - deyə o əlavə edib.






Son Xəbər