XƏBƏR
14-03-2019, 18:52

Nəcməddin Sadıkov Moskvada iclasda

Nəcməddin Sadıkov Moskvada iclasdaMartın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Qərbinfo.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.






Son Xəbər