XƏBƏR
14-03-2019, 18:39

Bakının mənzil bazarında son vəziyyət - Qiymətlər necə dəyişib?

Bakının mənzil bazarında son vəziyyət - Qiymətlər necə dəyişib? 2019-cu ilin fevral ayında Bakının daşınmaz əmlak bazarında ilkin və təkrar mənzil bazarı istisna olmaqla, bazarın demək olar ki, bütün seqmentlərində qiymət artımı müşahidə olunub.

Qərbinfo.az-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, qiymət indikatoru yanvar ayının sonuna nisbətən 2,14% azalıb. Hesabat ayı ərzində təkrar mənzil bazarı 1,72%, ilkin mənzil bazarı 1,16% ucuzlaşıb.

N.İbrahimov bildirib ki, fevral ayında torpaq bazarında qiymətlər 0,03%, mənzillərin icarə qiyməti 1,7%, kommersiya obyektlərinin qiyməti 0,67%, icarə qiyməti isə 3,43% bahalaşıb.

N.İbrahimov qeyd edib ki, bazarda qiymətlərin dəyişməsi və yanvar-fevral aylarında sabit artımın olmaması normal haldır:

“Bazar, adətən, yazda canlanmağa başlayır və buna görə də yeni ilin ilk iki ayı ərzində bazarda cüzi azalma olmasına baxmayaraq, ilin yekunları üzrə qiymətlərin 6-7% artacağını gözləyirik”.






Son Xəbər