XƏBƏR, İDMAN
14-03-2019, 18:02

Şahmat millimiz dünya çempionatını qələbə ilə başa vurdu

Şahmat millimiz dünya çempionatını qələbə ilə başa vurdu Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub.

Qərbinfo.az xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX – sonuncu turda autsayder Misirə 2,5:1,5 hesabı ilə qalib gəlib.

Komandamız səkkiz xal toplayıb və 10 iştirakçı arasında səkkizinci olub.

Rusiya 16 xalla dünya çempionluğunu qazanıb. İngiltərə ikinci, Çin isə üçüncü yeri tutub.






Son Xəbər