XƏBƏR
14-03-2019, 16:01

Prezident: Ermənistan danışıqlar formatını dəyişdirməyə cəhd edir

Prezident: Ermənistan danışıqlar formatını dəyişdirməyə cəhd edirBiz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir.

Qərbinfo.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”, - deyən Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Dövlət başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan “Bakı Prosesi”nin əhəmiyyətinə yönəldib, “Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb.






Son Xəbər