XƏBƏR, DÜNYA
14-03-2019, 12:59

Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan silahı sınaqdan keçirib

Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan silahı sınaqdan keçirib
Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan yeni silahı sınaqdan keçirib.

Qərbinfo.az xəbər verir ki, bu barədə Pakistanın “The Express Tribune” qəzeti məlumat yayıb. Qeyd olunur ki, bu uğurlu sınaqdan sonra “JF-17 Thunder” gecə və gündüz yüksək dəqiqliklə müxtəlif hədəfləri nəzarətdə saxlaya biləcək. Yeni silah pakistanlı mütəxəssislər tərəfindən quraşdırılıb.

“JF-17 Thunder” qırıcıları “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu AircraftIndustry Corporation” şirkətlərinin birgə layihəsidir.






Son Xəbər