XƏBƏR, DÜNYA
14-03-2019, 10:30

Çin dünyanın ən böyük sığorta bazarına çevriləcək

Çin dünyanın ən böyük sığorta bazarına çevriləcək
Çin 2030-cu illərin ortasında ABŞ-ı qabaqlayaraq, dünyanın ən böyük sığorta bazarına çevriləcək.

Qərbinfo.az xəbər verir ki, bu məlumat “Swiss Re” analitika təşkilatının hesabatında yer alıb. Bildirilir ki, 2013-cü ildən 2017-ci ilədək Çində həyat sığortasının orta artımı 17 faiz, digər sığorta sahəsində isə artım 16 faiz olub. Qarşıdakı illərdə bu rəqəmlərin nisbətən azalmaq ehtimalı olsa da, Çinin dünyanın ən böyük sığorta bazarına çevrilməsinə mane olmayacaq.

“Swiss Re” təşkilatı “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqədar infrastruktura böyük miqdarda investisiyaların yatırılmasının sığorta bazarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcəyini güman edir. Belə ki, təşəbbüs çərçivəsində ölkə xaricindəki iri layihələr təxminən 28 milyard dollarlıq sığortaya tələbat yaradacaq.






Son Xəbər