XƏBƏR, DÜNYA
14-03-2019, 09:54

Ankara-Sincan dəmir yolunda qəza baş verib

Ankara-Sincan dəmir yolunda qəza baş verib
Ankara-Sincan dəmir yolunun Çağlayan hissəsində yanacaq yüklü sisternlərdən ibarət qatar qəzaya düşüb.

Qərbinfo.az xəbər verir ki, nəticədə elektrovoz və 4 sistern yoldan çıxıb. Qəza ilə bağlı dəmir yolu bağlanıb. Hadisə yerinə xilasedicilər və əlavə texnika cəlb olunub. Dövlət Dəmir Yolu hadisənin səbəblərinin araşdırıldığını bildirib.






Son Xəbər