XƏBƏR, SOSİAL
13-03-2019, 22:27

Martın 14-də Xüsusi Dövlət Mühafizə Xidməti “Qara siyahı” adlı saytın təqdimatını keçirəcək

Martın 14-də Xüsusi Dövlət Mühafizə Xidməti “Qara siyahı” adlı saytın təqdimatını keçirəcək
Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) martın 14-də www.blacklist.gov.az (“Qara siyahı”) saytının təqdimatını keçirəcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin direktoru Tural Məmmədov martın 13-də VI Regional İnternet İdarəçilik Forumu çərçivəsində keçirilən “Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə” mövzusunda sessiyada deyib.

T.Məmmədov qeyd edib ki, XDMX tərəfindən yaradılmış “Qara siyahı” saytı barədə ətraflı məlumatı sabah təqdim etməyi planlaşdırırıq. Əlavə edib ki, Xüsusi Dövlət Mühafizə Xidməti “Yoluxmuş IP” adlı yeni xidmətini internet istifadəçilərinin ixtiyarına verib. Yeni xidmət ölkənin internet istifadəçilərinə bir sıra üstünlüklər qazandırıb: “İnternet səhifəmizi (cert.gov.az) ziyarət edən hər bir şəxs avtomatik olaraq istifadə etdiyi IP-nin yoluxub-yoluxmaması barədə bildiriş alır. Əgər yoluxma varsa, bu zaman ona tövsiyə olunur ki, “Tövsiyə” bölməsinə keçid etsin. Həmin bölmədə tövsiyə olunan əməliyyatları yerinə yetirməklə yoluxma barədə geniş məlumat almaq mümkündür. Son vaxtlar apardığımız araşdırmalar nəticəsində məlum olub ki, internetlə müdaxilə hallarının 68 faizi serverin təhlükəsizliyinin, 32 faizi isə kod təhlükəsizliyinin qorunmaması səbəbindən baş verir. Bu cür halların qarşısını almaq üçün internet istifadəçilərindən daha diqqətli olmaqlarını və müxtəlif resurslarda şəxsi hesablarına daha qəliz şifrələrdən istifadə etməyi tövsiyyə edirik. Azərbaycanda bu sahədə əhalinin daha geniş məlumatlandırılması barədə işlər davam etdirilir.






Son Xəbər