XƏBƏR, İDMAN
13-03-2019, 15:54

Azərbaycanlı hakim “Trefl”-“Zenit” oyununu idarə edəcək

Azərbaycanlı hakim “Trefl”-“Zenit” oyununu idarə edəcək
Azərbaycanlı hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqası yarışlarına təyinat alıb.

Qərbinfo.az xəbər verir ki, həmyerlimiz turnirin dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Trefl” (Polşa)-“Zenit” (Kazan, Rusiya) görüşünün baş hakimi olacaq. Ona slovakiyalı Blaz Markelj kömək edəcək.

“Trefl”-“Zenit” oyunu martın 13-də Polşanın Qdansk şəhərindəki “Hala Ergo Arena”da keçiriləcək. Komandalar arasında cavab görüşü martın 19-da Kazanda təşkil olunacaq.






Son Xəbər