XƏBƏR, İDMAN
9-03-2019, 16:55

Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan çempionatında 400-dən çox idmançı mübarizə aparır

Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan çempionatında 400-dən çox idmançı mübarizə aparır
Martın 9-da Şağan Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatı start götürüb.

Qərbinfo.az xəbər verir ki, ölkə çempionatında müxtəlif bölgələri təmsil edən 40-dan artıq komandanın tərkibində 400-dən çox idmançı qüvvəsini sınayır. İdmançılar alpaqut Turan döyüş sənətinə daxil olan aypara, batur, çaymaz və qurşaq sistemləri üzrə mübarizə aparırlar. Ölkə çempionatına ilk dəfə Polis Akademiyasının komandası da qatılıb.

Qalib idmançılar diplom və medallarla, komandalar isə kubokla təltif ediləcək.

Azərbaycan çempionatına martın 10-da yekun vurulacaq.
Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan çempionatında 400-dən çox idmançı mübarizə aparır






Son Xəbər