XƏBƏR, HADİSƏ
9-03-2019, 13:30

Narkotik maddə daşıyan şəxs saxlanılıb

Narkotik maddə daşıyan şəxs saxlanılıb
Şəki Şəhər-Rayon Polis Şöbəsinin narkotiklə mübarizə qrupunun əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, belə əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Qərbinfo.az-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Nail Qasımov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 470 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.






Son Xəbər