XƏBƏR, SOSİAL
6-03-2019, 21:53

Ulu Öndərin xidmətləri sayəsində təhlükəsizlik orqanlarda milli ruhda peşəkar kadrlar formalaşıb

Ulu Öndərin xidmətləri sayəsində təhlükəsizlik orqanlarda milli ruhda peşəkar kadrlar formalaşıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkəmizdə təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Universitetdən Qərbinfo.az-a bildirilib ki, prorektorlar Taleh Qələndərli və Akif Qasımov çıxışlarında Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarını qurumun 100 illik yubileyi və qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıblar. Çıxışlarda Azərbaycanın dünyada ən sabit ölkələrdən birinə çevrilməsində, xalqımızın təhlükəsizliyi və dövlətimizin əmin-amanlığının qorunmasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi rol oynadığı diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin prokuroru, baş ədliyyə müşaviri, AzMİU-nun ictimai fənlər kafedrasının baş müəllimi Zahid Vəliyev ölkəmizdə ilk xüsusi xidmət orqanlarının tarixindən danışıb. Ümummilli lider Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında xidmət etdiyi 25 il müddətində göstərdiyi misilsiz xidmətlərdən söhbət açan Zahid Vəliyev Ulu Öndərin sayəsində bu gün orqanlarda milli ruhda, cəsur, intellektual, savadlı şəxslərin cəmləşdiyini, peşəkar və bacarıqlı kadrların formalaşdığını deyib. O, bu orqanın xidmət konsepsiyasının hazırlanmasında Ulu Öndərin rolunu diqqətə çatdırıb. Çıxışının yekununda DTX-nin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, şərəfli xidməti işlərində onlara uğurlar arzulayıb.

Sonda DTX-nin əməkdaşı Eldar Həsənəliyevin “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

Son Xəbər