XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
5-03-2019, 09:45

2018-ci ildə Şəmkir rayonunda əhalinin su təminatı sahəsində bir sıra işlər görülüb

2018-ci ildə Şəmkir rayonunda əhalinin su təminatı sahəsində bir sıra işlər görülüb
2018-ci ildə Şəmkir rayonunda əhalinin su təminatı sahəsində bir sıra işlər görülüb.

Qeyd edək ki, Şəmkir Sukanal İdarəsi tərəfindən 12750 abonentə (əvvəlki ildəkindən 1464 abonent çox) xidmət göstərilib.

Qərbinfo.az xəbər verir ki, ötən il Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib, su xidmətlərinin 86 faizi, kanalizasiya çəkilişinin 71 faizi yerinə yetirilib.

Şəmkir şəhərində mövcud olan (124000 abonentə) mənzillərə 7090 ədəd SMART kart tipli, 474 ədəd mexakini sayğac quraşdırılıb.

Qeyd edək ki, Şəmkirçay su anbarından Şəmkir şəhərinə içməli suyun layihədə nəzərdə tutulduğu vaxtdan xeyli əvvəl verilməsi şəhərdə su problemini tamamilə həll edilmişdir. Hazırda Yuxarı Seyfəli kəndi ərazisində su təmizləyici qurğu inşa olunur. Gəncə, Samux və Şəmkir şəhərlərinin əhalisini ekoloji cəhətdən təmiz içməli su ilə təmin edəcək bu qurğunun 2019-cu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.






Son Xəbər