XƏBƏR, SİYASƏT
4-03-2019, 20:31

Türk Şurasının baş katibi Abu-Dabidə bir sıra görüşlər keçirib

Türk Şurasının baş katibi Abu-Dabidə bir sıra görüşlər keçirib
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası-TDƏŞ) baş katibi Bağdad Amreev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Abu-Dabidə keçirilən 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirib.

Qərbinfo.az Türk Şurasının katibliyinə istinadla xəbər verir ki, TDƏŞ-in baş katib ilə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri – Elmar Məmmədyarov, Beibut Atamkulov və Çingiz Aydarbekov arasında keçirilən birgə görüşlərdə 2019-cu il Azərbaycanda keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Samitinə dair hazırlıq işləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə görüşdə Türk Şurasının Daşkənddə keçiriləcək növbəti iclası və qurum çərçivəsində baş tutacaq biznes foruma hazırlıq məsələləri müzakirə edilib.

Abu-Dabiyə səfəri çərçivəsində baş katib, həmçinin İƏT-in rəhbər şəxsləri və təşkilata üzv olan bəzi ölkələrin xarici işlər nazirləri ilə də görüşlər keçirib.
Türk Şurasının baş katibi Abu-Dabidə bir sıra görüşlər keçirib






Son Xəbər