XƏBƏR, SİYASƏT
4-03-2019, 18:56

Türkiyənin “Yeni çağ” qəzeti: Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmaq milli borcdur

Türkiyənin “Yeni çağ” qəzeti: Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmaq milli borcdur
Türkiyənin çoxtirajlı “Yeni çağ” qəzeti “Xocalı soyqırımına hələ də qiymət verilməməsi üz qarasıdır” sərlövhəli analitik məqalə yayıb.

Qərbinfo.az xəbər verir ki, tanınmış jurnalist Kənan Akın türkdilli oxuculara təqdim etdiyi yazını Xocalı soyqırımı barədə məqalə müəlliflərinə cavab olaraq hazırlayıb. Müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Xocalı şəhərində Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı aktı barədə fikirlərini türkdilli oxucularla bölüşür. Xocalı soyqırımından ötən 27 il ərzində dünya ictimaiyyətinin bu bəşəri cinayətə münasibətini təhlil edən jurnalist yazır ki, Türkiyəni saxta ittihamlarla uydurma “erməni soyqırımı” adı ilə günahlandıran ermənilərin özlərinin törətdikləri Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmaq milli borcdur.

Müəllif yazını Türkiyə ictimaiyyətinə xitab olaraq belə tamamlayır: “Erməni silahlıları 1992-ci ilin fevral ayında müasir dünyanın gözü qarşısında, beynəlxalq hüququ, xüsusilə müharibə qaydalarını saymadan körpə, uşaq, qadın və qoca demədən yüzlərlə günahsız dinc sakini vəhşi üsullarla qətlə yetirilməklə Azərbaycanın sinəsinə sağalmaz dağ çəkiblər. Bu ağır yaranın acılarını bizlər və bütün qardaşlarımız əbədiyyətə qədər ruhumuzda hiss edəcəyik. Sizin Xocalı soyqırımı ilə bağlı qələmə aldığınız yazıları oxuduqdan sonra bir daha böyük Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” vəsiyyətini yada salmamaq imkansızdır”.






Son Xəbər