XƏBƏR, MƏDƏNİYYƏT
4-03-2019, 08:58

“Eurovision”a bilet satışı dayandırıldı

“Eurovision”a bilet satışı dayandırıldıMüsabiqənin keçirilməsinə cavabdeh olan İsrailin “Kan” teleradio korporasiyası “Eurovision” mahnı müsabiqəsinə bilet satışının dayandırıldığını bildirib.

Qərbinfo.az xəbər verir ki, buna səbəb müsabiqənin keçiriləcəyi zalda yüzlərlə yaxşı yerin yerli tanınmış şəxslər arasında bölüşdürülməsinə dair şübhələrin yaranmasıdır. İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan da polisə “Eurovison” müsabiqəsinin biletlərinin satışında fırıldaqçılığın qarşısının alınması barədə göstəriş verib.

Korporasiya vəd edib ki, araşdırmalar pozuntuları üzə çıxarsa, biletləri açıq satışa qaytaracaq.






Son Xəbər