XƏBƏR, MƏDƏNİYYƏT
2-03-2019, 23:30

Samir Cəfərov: Heç bir ölkədə mədəniyyət və incəsənət xadimlərinə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir

Samir Cəfərov: Heç bir ölkədə mədəniyyət və incəsənət xadimlərinə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir
Heç bir ölkədə mədəniyyət və incəsənət xadimlərinə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, dövlətimizin başçısının onların qaldırdıqları məsələləri, irəli sürdükləri təklifləri dinləyərək vacib məsələlərin həlli ilə bağlı tapşırıqlar verməsi bu diqqət və qayğının daha bir əyani göstəricisidir.

Qərbinfo.az xəbər verir ki, bu fikirləri "AZƏRTAC"-a Xalq artisti Samir Cəfərov söyləyib.

Xalq artisti bildirib ki, Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin qayğılarını, problemlərini hər zaman diqqətdə saxlayır. Dövlətimizin başçısı onlara mükafatların verilməsi, yubileylərinin keçirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar imzalayır. Prezidentin bu diqqət və qayğısı həmişə sevinclə və rəğbətlə qarşılanır.






Son Xəbər