XƏBƏR, SİYASƏT
2-03-2019, 17:30

Eldar Əzizov: Prezident İlham Əliyevin sosial rifahın yaxşılaşdırılması ilə bağlı qərarlarının dünyada analoqu yoxdur

Eldar Əzizov: Prezident İlham Əliyevin sosial rifahın yaxşılaşdırılması ilə bağlı qərarlarının dünyada analoqu yoxdur
Son günlər Prezident İlham Əliyev ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı bir sıra qərarlar qəbul edib. Bu qərarların dünyada analoqu yoxdur.

Qərbinfo.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Eldar Əzizov bildirib ki, həmin qərarlardan biri də Prezidentin problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərmandır. İcra başçısı deyib: “Bu, adi məsələ deyil. Birincisi, bu, onu göstərir ki, Azərbaycan iqtisadi baxımdan qüdrətli ölkə kimi formalaşıb, bu cür qərarlar verməyə qadirdir. Ölkəmiz inkişaf edir, sabitlik hökm sürür. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, bu qərar tarixi nailiyyət və dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakteri daşıyır".






Son Xəbər