XƏBƏR, MARAQLI
28-02-2019, 20:50

Azərbaycana ən çox turistlər hansı ölkələrdən gəlib?

Azərbaycana ən çox turistlər hansı ölkələrdən gəlib?

Bu ilin yanvarında Azərbaycana gələn əcnəbilərin sayı üzrə ən yüksək artım Pakistan, Hindistan, Qazaxıstan və Türkmənistan üzrə qeydə alınıb.

Qərbinfo.az Dövlət Turizm Agentliyindən verilən məlumata istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır. Bu regionlardan gələn turistlərin sayında müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.

Ən yüksək artım tempi Cənubi Asiya ölkələrindən Pakistan və Hindistana, Mərkəzi Asiya bölgəsinə aid olan Qazaxıstan və Türkmənistana məxsusdur.

Yanvarda bu ölkələrin hər birindən Azərbaycana 2000-dən çox xarici vətəndaş gəlib.






Son Xəbər