XƏBƏR, SOSİAL
27-02-2019, 18:55

Xocalı şəhidlərinin xatirəsi Ankarada da ehtiramla yad olunub

Xocalı şəhidlərinin xatirəsi Ankarada da ehtiramla yad olunub
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyi və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.

Qərbinfo.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, səfirlər, müsəlman ölkələrin diplomatları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı ilə bağlı fotolardan ibarət sərgi ilə tanış olublar.

Şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Yönet Can Tezel, İƏT Gənclər Forumu Prezidenti Taha Ayhan və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivarın çıxışları dinlənilib. Çıxışlarda Xocalı soyqırımının səbəb və məqsədləri, ötən dövrdə bu faciənin dünya birliyinə tanıdılması istiqamətində görülən işlər, o cümlədən qarşıda duran vəzifələrdən danışılıb. “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər yüksək dəyərləndirilib. Vurğulanıb ki, Xocalı faciəsinin soyqırımı aktı kimi tanınmasında müsəlman ölkələr daha fəallıq nümayiş etdirməlidirlər.

İştirakçılara Xocalı soyqırımının dəhşətlərini əks etdirən əyani vəsaitlər paylanıb.
Xocalı şəhidlərinin xatirəsi Ankarada da ehtiramla yad olunub






Son Xəbər