XƏBƏR, MƏDƏNİYYƏT
27-02-2019, 11:28

“Əsgər papağı” tamaşası Xocalı qurbanlarının xatirəsinə həsr edilib

“Əsgər papağı” tamaşası Xocalı qurbanlarının xatirəsinə həsr edilib
Fevralın 25-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası nümayiş olunub.

Mərkəzdən Qərbinfo.az-a bildirilib ki, səhnə əsəri Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru Əməkdar artisti Loğman Kərimovdur.

Tamaşada erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.






Son Xəbər