XƏBƏR, SİYASƏT
26-02-2019, 16:51

Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıb

Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıbMisirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar.

Misir Nümayəndələr Məclisinin Misir-Azərbaycan dostluq qrupunun rəhbəri professor Usamə əl-Abd qrup üzvlərinin adından Xocalı faciəsi ilə bağlı bəyanat imzalayaraq Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Gövhər Baxşəliyevaya göndərib.

Qərbinfo.az xəbər verir ki, Misir-Azərbaycan dostluq qrupunun üzvləri bəyanatda 26 fevral 1992-ci il anım gününün ağrı-acısını bölüşdüklərini və bu məsələdə Azərbaycanla həmrəy olduqlarını qeyd ediblər.

Misirli deputatlar ümid etdiklərini bildiriblər ki, Xocalı faciəsi beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinə tam uyğun şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi, qanuni və ədalətli qiymətini tapacaq.






Son Xəbər