XƏBƏR, DÜNYA
23-02-2019, 20:30

Hindistanda aviasiya şousunda baş vermiş yanğında 300-dən çox avtomobil yanıb

Hindistanda aviasiya şousunda baş vermiş yanğında 300-dən çox avtomobil yanıb
Hindistanda aviasiya şousunda beş vermiş güclü yanğın nəticəsində 300-dən çox avtomobil yanıb.

Qərbinfo.az Reuters agentliyinə istinadla xəbər verir ki, aviasiya şousunun keçirildiyi Hindistanın cənubundakı Benqaluru şəhərinin yanğın mühafizə dəstəsinin məlumatında bildirilir ki, “şiddətli külək və quru ot alovların sürətlə ətrafa yayılmasına səbəb olub”. Rəsmi mənbələr ölən və yaralananlar barədə məlumat verməyiblər.

“Aero India” adlanan şou hər il Hindistanın Müdafiə Nazirliyi tərəfindən təşkil olunur. Dünyanın ən böyük aviasiya şoularından biri olan builki tədbirin təşkilatçılarının güclü yanğın hadisəsindən məyus olduqları bildirilir. Bundan başqa, cümə axşamı – şounun ilk günündə Hindistan Hava Qüvvələrinin pilotunun səmada aerobatik hərəkətlər zamanı həlak olması və ikisini də yaralanması ümumi əhval-ruhiyyəyə mənfi təsir göstərib.






Son Xəbər