XƏBƏR, DÜNYA
20-02-2019, 18:53

Yaponiya Pakistana 10 milyon dollar yardım edəcək

Yaponiya Pakistana 10 milyon dollar yardım edəcək
Yaponiya ilə BMT arasında Pakistanda qida çatışmazlığının aradan qaldırılması və həyat şəraitinin yüksəldilməsini nəzərdə tutan 10,6 milyon dollarlıq yardıma dair anlaşma imzalanıb.

Qərbinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, anlaşma İslamabadda imzalanıb. Anlaşmaya əsasən, yardımın bir hissəsi Hayber-Paxtunxva əyalətinin 155 min sakininin ərzaq təminatına sərf olunacaq. Bununla bərabər, ölkənin ən kasıb əyalətlərində həyat şəraitinin yaxşılaşdırılması da nəzərdə tutulur. Təxminən 21 min nəfərin yaşadığı Kurram ve Orakzay bölgələrində iş yerlərinin açılması da anlaşmada öz əksini tapıb.






Son Xəbər