XƏBƏR, DÜNYA, HADİSƏ
20-02-2019, 14:59

Hindistan Pakistanın terror aktının araşdırılması ilə bağlı təklifini rədd edib

Hindistan Pakistanın terror aktının araşdırılması ilə bağlı təklifini rədd edib
Hindistan Pakistanın Baş naziri İmran Xanın ötən həftə törədilən terror aktının araşdırılması ilə bağlı təklifini rədd edib.

Qərbinfo.az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında Pakistanın terror aktını qınamadığı və hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı vermədiyi üçün təklifinin rədd edildiyi bildirilib.

Xatırladaq ki, ötən həftə Hindistanın Cammu və Kəşmir ştatında baş vermiş partlayış nəticəsində 18 polis əməkdaşı həlak olub. Hindistan terror aktında Pakistanı günahlandırır.






Son Xəbər