XƏBƏR, HADİSƏ
20-02-2019, 12:30

Ölkə ərazisində havanın temperaturu 13 dərəcəyə yüksələcək

Ölkə ərazisində havanın temperaturu 13 dərəcəyə yüksələcək
Azərbaycanda fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qərbinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-11°, Bakıda gecə 3-5°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 4-8° isti, yüksək dağlıq ərazilərdə gecə 12-17°, gündüz 0-5° şaxta olacağı ehtimalı var.

Sinoptiklərin xəbərdarlığına görə, fevralın 21-22-də qərb küləyinin əsəcəyi, əsasən dağlıq rayonlarda arabir saniyədə 20-25 metrədək güclənəcəyi gözlənilir.






Son Xəbər