XƏBƏR, MƏDƏNİYYƏT
18-02-2019, 22:50

Muzeyin fonduna etnoqrafik eksponatlar daxil edilib

Muzeyin fonduna etnoqrafik eksponatlar daxil edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya elmi-fond şöbəsinin müdiri, dosent Gülzadə Abdulova tərəfindən bu müəssisəyə dini ziyarət daşları təqdim olunub.

Muzeydən Qərbinfo.az-a bildiriblər ki, alimin Quba rayonunun Xınalıq kəndinə etnoqrafik səfəri zamanı əldə etdiyi bu ziyarət daşları öz spesifik görünüşü ilə diqqəti cəlb edir. Onlardan biri qədim tarixi özündə əks etdirən məkanlarımızdan olan Xınalığın dəniz səviyyəsindən 5 min metr yüksəkliyində yerləşmiş Qızılqaya zirvəsinə aiddir. Açıq qəhvəyi rəngli sınıq daşın (6x4x7x7 sm) özünəməxsusluğu ondan ibarətdir ki, dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə tapılmasına baxmayaraq, bu daşın bir tərəfində balıqqulağı izləri hələ də qalmaqdadır.

Digər ziyarət daşları isə dairəvi (çevrəsi-21sm) və yarımşar (diametri - 6 sm) formadadır.






Son Xəbər