XƏBƏR, DÜNYA
18-02-2019, 20:54

İranda üç terrorçu həbs edilib

İranda üç terrorçu həbs edilib
İranın Sistan-Bəllucistan vilayətində həyata keçirilən anti-terror əməliyyatı nəticəsində 3 nəfər həbs edilib.

Qərbinfo.az İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı açıqlamaya istinadla xəbər verir ki, fevralın 13-də törədilən terror aksiyasından sonra vilayətdə genişmiqyaslı əməliyyat aparılması ilə əlaqədar plan hazırlanıb. Plana əsasən, şübhəli bilinən məkanlar yoxlanılıb. Nəticədə terror törətməkdə şübhəli bilinən 3 nəfər həbs edilib. Hazırda onlar dindirilir. Bununla yanaşı, əməliyyat zamanı 150 kiloqram partlayıcı maddə olan trotil və 600 kiloqram digər növ partlayıcı maddə ələ keçirilib.

Açıqlamada bildirilir ki, bu maddələr ölkənin müxtəlif şəhərlərində terror aksiyaları törətmək məqsədilə qaçaqmalçılıq yolu ilə İrana gətirilib. Əməliyyat davam edir.

Xatırladaq ki, fevralın 13-də İranın Sistan-Bəllucistan vilayətində törədilən terror aksiyasında 41 nəfər həlak olub. Həlak olanların 27 nəfəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgər və zabiti idi.






Son Xəbər