XƏBƏR, MANŞET-SLAYDER
18-02-2019, 14:26

Şəmkir rayonuna yeni polis rəisi təyin edilib

Şəmkir rayonuna yeni polis rəisi təyin edilib
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Həsənov Elnur Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qərbinfo.az xəbər verir ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov və Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin edilmiş polis polkovniki Elnur Həsənovla görüşüb.

A.Məmmədov, ilk öncə qonaqları salamlayıb və yeni təyinat almış Elnur Həsənovu təbrik edərək, ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb.

Şəmkir rayon Polsi Şöbəsinin yeni rəisi Elnur Həsənov da öz növbəsində Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə və diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Elnur Həsənov bundan öncə Balakən rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Şəmkir rayonuna yeni polis rəisi təyin edilib






Son Xəbər