XƏBƏR, DÜNYA
16-02-2019, 09:30

Türkiyədə həbsxanaların birində güclü yanğın baş verib

Türkiyədə həbsxanaların birində güclü yanğın baş verib
Türkiyənin Metris şəhərində yerləşən həbsxananın bir korpusunda yanğın baş verib. Hadisə ilə bağlı əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub.

Qərbinfo.az xəbər verir ki, yanğın nəticəsində 27 məhkumun vəziyyəti pisləşib. Narahatlıq keçirən məhkumlar yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar. Bildirilir ki, yanğın FETÖ və PKK terror təşkilatları ilə əlaqədə və narkotik ticarətinə görə ittiham olunaraq cəza çəkən məhkumların saxlanılıdığı barakda baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb.






Son Xəbər