XƏBƏR, DÜNYA
16-02-2019, 09:13

Baş vermiş hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb - ABŞ

Baş vermiş hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb - ABŞ
ABŞ-ın İllinoys ştatının Avrora şəhərində baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, 6-sı isə yaralanıb.

Qərbinfo.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaralılar arasında polis əməkdaşları və mülki şəxslər də var. Şəhərdə bütün polis və xilasedicilər səfərbər olunub.

Hadisəni törədən şəxsin boru kəməri istehsal edən korporasiyanın 45 yaşlı əməkdaşı olduğu müəyyən olunub.

O, hadisədən müəyyən müddət sonra zərərsizləşdirilib.






Son Xəbər