XƏBƏR, DÜNYA
13-02-2019, 23:24

ABŞ “Brent”in qiymətinə dair proqnozunu açıqlayıb

ABŞ “Brent”in qiymətinə dair proqnozunu açıqlayıb
ABŞ “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

Qərbinfo.az ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, bu il “Brent” neftinin bir barrelinin orta qiymətinin 61 dollar olacağı nəzərdə tutulur.

EIA gələn ilin əvvəlində isə “Brent”in qiymətinin 62 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.

“Yanvarda neftin orta qiyməti əvvəlki aya görə 2 dollar artaraq 59 dollar/barrel olub. Ancaq qiymət hələ də ötən ilin eyni dövrünə görə 10 dollar/barrel aşağıdır”, - deyə məlumatda bildirilir.






Son Xəbər