XƏBƏR, SOSİAL
12-02-2019, 18:25

Elan: İcra başçısı Yuxarı Seyfəli kəndində sakinləri qəbul edəcək - ŞƏMKİR

Elan: İcra başçısı Yuxarı Seyfəli kəndində sakinləri qəbul edəcək - ŞƏMKİR

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sabah saat 11:00-da rayonun YUXARI SEYFƏLİ kəndində sakinlərlə görüşəcək.

Qərbinfo.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında keçiriləcək görüşdə sakinlərin şikayət və təklifləri fərdi qaydada dinləniləcək.

Qəbul zamanı vətəndaşların Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və əlaqə telefon nömrəsini göstərməklə Şəmkir Rayon İcra Hakimiyyətində, Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatdan keçə bilərlər.

Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyətində rəsmi şəkildə (mail@shamkir-ih.gov.az elektron ünvana və ya rəsmi facebook səhifəsinə yazmaqla) və (+99450) 511-21-61 telefon nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Səyyar görüş müddətində öz şikayət və təkliflərini bildirmək üçün gələn sakinlər də qəbul olunacaq.

Vətəndaşlar qəbula yazılmış şəxslərin tərtib edilmiş siyahısı əsasında fərdi şəkildə qəbul ediləcəklər.

QEYD: Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq Şəmkir rayonunun bütün qəsəbə və kəndlərində keçiriləcəkdir.






Son Xəbər