XƏBƏR, SOSİAL
12-02-2019, 15:58

GVİB “Xocalı qan yaddaşımızdır” mövzusunda tədbir keçirib

GVİB “Xocalı qan yaddaşımızdır” mövzusunda tədbir keçirib
Gənc Vətənpərvərlər İctimai Birliyi Gənclər ve İdman Nazirliyinin İdman Kompleksində “Xocalı qan yaddaşımızdır” mövzusunda tədbir keçirib.

Qərbinfo.az-ın məlumatına görə, birliyin idarə həyətinin üzvləri, idman federasiyalarının nümayəndələri, məşqçilər, idmançılar və valideyinlər iştirak edib.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Birliyin sədri Müqamət Əliyev bildirib ki, birliyin İdarə Heyətinin qərarı ilə fevral ayı “Xocalı soyqrımı XX esrin ən dəhşetli faciəsi” elan olunub. O, GVİB-nin Təşkilat Komitəsi tərəfindən fevral ayı ərzində faciə ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. M.Əliyev vurğulayıb ki, “Ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə, Xankəndindəki Rusiyanın 366-cı motoatıcı alayanın köməyi ilə Xocalı şəhərində misli görünməmiş soyqırımı həyata keçiriblər. Nəticədə bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilib, 27 ailə tamam məhv edilib, 230 ailə başçısını itirib, 1275 nəfər əsr alınıb, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur”.

Son Xəbər