XƏBƏR, SOSİAL
12-02-2019, 13:20

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat və imtahanların vaxtı açıqlanıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat və imtahanların vaxtı açıqlanıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə (bədən tərbiyəsi ixtisası) iyunun 24-dən 28-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən Qərbinfo.az-a bildirilib ki, V qrup üzrə bədən tərbiyəsi ixtisası istisna olmaqla qeydiyyat iyunun 24–dən başlanacaq və iyulun 3-dək davam edəcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları I qrup üzrə iyulun 12-dən 17-dək, V qrup üzrə (bədən tərbiyəsi ixtisası) iyulun 1-dən 7-dək, V qrup üzrə (bədən tərbiyəsi ixtisası istisna olmaqla) iyulun 7-dən avqustun 2-dək keçiriləcək.






Son Xəbər