XƏBƏR, HADİSƏ
11-02-2019, 23:58

Fizuli rayon Bəhmənli kəndi ərazisində raket-mərmi tapılıb

Fizuli rayon Bəhmənli kəndi ərazisində raket-mərmi tapılıb

Bu gün saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Qərbinfo.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Füzuli rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7VL raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Fizuli rayon Bəhmənli kəndi ərazisində raket-mərmi tapılıb
Fizuli rayon Bəhmənli kəndi ərazisində raket-mərmi tapılıb






Son Xəbər