XƏBƏR, SOSİAL
11-02-2019, 12:54

Şəmkirdə 25 yaşlı gənc vəzifəyə təyinat alıb - Kür qəsəbəsi

Şəmkirdə 25 yaşlı gənc vəzifəyə təyinat alıb - Kür qəsəbəsi
Şəmkirdə gənclərin dövlət postlarına cəlb edilməsi işi davam etdirilir.

Artıq gənclər Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda uğurla icra olunan layihələrdən istifadə etmək imkanı qazanırlar. Bunun nəticəsidir ki, Şəmkir gəncləri öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.

Belə gənclərdən biri də Pənahov Ruslan Şahin oğludur.

Ruslan Pənahov 7 yanvar 1994-cü ildə Şəmkir rayonun Kür qəsəbəsində dünyaya gəlib. Azərbaycan Kooperasiya Universitetini bitirib.

Qərbinfo.az xəbər verir ki, Pənahov Ruslan Şahin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun 19 mart 2018-ci il tarixli müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ruslan Pənahov daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.






Son Xəbər