XƏBƏR, SOSİAL
11-02-2019, 10:14

Şəmkir rayon sakinlərinin nəzərinə: Fevralın 12-dən, may-ın 12-dək pulsuz tibbi müayinə keçirilir

Şəmkir rayon sakinlərinin nəzərinə: Fevralın 12-dən, may-ın 12-dək pulsuz tibbi müayinə keçirilir

Azərbaycan Respublikasının Prezidentinin tapşırığı rəhbər tutularaq 2019-cu ilin fevral ayının 12-dən may ayının 12-dək əhalinin pulsuz tibbi müayinələri keçiriləcəkdir.

Qərbinfo.az xəbər verir ki, əhalinin tibbi müayinələri zamanı terapevt, cərrah, nevropatoloq, göz həkimi və başqa ixtisas həkimlərinin baxışlarının, tibbi göstəriş üzrə rentgenflüoroqrafik, elektrokardioqrafik, laborator və digər müayinələrin aparılması, sağlamlaşdırıcı tədbirlərin həyata kecirilməsi nəzərdə tutulur.

Bununla bağlı yaşadığınız ərazi üzrə poliklinikaya, kənd, qəsəbə üzrə xəstəxanalara və ya həkim məntəqələrinə müraciət edə bilərsiniz.






Son Xəbər