XƏBƏR, DÜNYA
11-02-2019, 09:02

ATƏT-in sədri Gürcüstana səfər edib

ATƏT-in sədri Gürcüstana səfər edib

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak fevralın 10-da Gürcüstana səfər edib.

Qərbinfo.az Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində ATƏT-in sədri ölkə Prezidenti, Baş nazir, xarici işlər naziri, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri ilə görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan ilə "ATƏT" arasında əməkdaşlıq, regional təhlükəsizlik, Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasında ATƏT-in rolu, ATƏT regionunda münaqişələrin sülh yolu ilə həlli, ölkədəki demokratik vəziyyət və digər məsələlər diqqət mərkəzində olacaq.

Səfər fevralın 11-də başa çatacaq.






Son Xəbər