XƏBƏR, DÜNYA
9-02-2019, 23:26

Çindəki ən qədim “Quran” nüsxəsi sərgidə nümayiş olunur

Çindəki ən qədim “Quran” nüsxəsi sərgidə nümayiş olunur
Çində oğuz boyundan olar salarların yaşadığı Çinxay vilayətində təşkil edilən ənənəvi dəvə festivalında dünyadakı ən qədim “Quran” nüsxələrindən biri nümayiş olunur.

Qərbinfo.az xəbər verir ki, Çindəki ən qədim “Quran” əlyazması olan həmin nüsxənin VIII və XIII əsrlər arasında yazıldığı güman edilir. Otuz hissədən, 867 səhifədən ibarət ipək üzlüklü müqəddəs kitab Salar Muxtar Dairəsindəki Ciecı məscidində saxlanılır. Kitab yalnız ildə bir neçə gün davam edən dəvə festivalında ictimaiyyətə nümayiş olunur.

Qeyd edək ki, Çindəki 55 etnik xalqlardan biri olan salarların əcdadları XIII əsrdə Mərkəzi Asiyadan indiki Çin ərazisinə köç ediblər. Güman olunur ki, həmin “Quran” nüsxəsini də salarların əcdadları özləri ilə ağ dəvə üzərində gətirərək, günümüzədək mühafizə ediblər. Bu səbəbdən də festival dəvə adı ilə bağlıdır. Kitab 1958-ci ildə daha yaxşı mühafizə olunmaq üçün Pekinə göndərilsə də, salarların xahişi ilə 1982-ci ildə geri – Ciecı məscidinə qaytarılıb.






Son Xəbər