XƏBƏR, SOSİAL
9-02-2019, 22:30

“Qapını açarkən qarşımda Prezidentimizi gördüm, gözlərimə inanmadım”

“Qapını açarkən qarşımda Prezidentimizi gördüm, gözlərimə inanmadım”
Fevralın 5-də gecə saatlarında baş verən zəlzələdən daha çox zərər çəkən Şamaxıda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı təkanların törətdiyi fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar.

Qərbinfo.az xəbər verir ki, Prezident İlham Əliyevin fevralın 7-də zəlzələnin baş verdiyi Şamaxıya səfəri, vəziyyətlə yerində tanış olması, sakinlərlə görüşü, yeraltı təkanların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müvafiq qurumlarla verdiyi konkret tapşırıqlar bu istiqamətdə görülən işləri sürətləndirib.

Şamaxı rayon sakinləri Prezidentin belə dar gündə onların yanında olmasından, göstərilən diqqət və qayğından razılıqlarını bildirirlər.

Şəhərin Salman Mümtaz küçəsində 33 nömrəli evin sakini Sevda Həsənova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Fevralın 7-də səhər saat 10 radələrində küçə qapısının döyüldüyünü eşitdim. Qapını açarkən qarşımda Prezidentimizi gördüm, gözlərimə inanmadım. Prezidentimiz bizimlə görüşdü, uçan divara, evin içərisindəki dağıntılara baxdı. Bizə təsəlli verib, narahat olmamağı, tezliklə hər şeyin qaydaya salınacağını bildirdi. Bu, bizə böyük təsəlli oldu. Dövlətimiz, onun rəhbəri bu ağır gündə bizim yanımızdadır. Sağ olsun Prezidentimiz. İnşallah bu fəsadlar tezliklə aradan qaldırılacaq”.

Həmin küçənin sakini Süburə Həsənova da zəlzələnin evinə vurduğu ziyandan danışıb, dövlətimizin başçısının belə gündə rayona gələrək fəsadlarla tanış olmasını yüksək qiymətləndirib: “Prezidentimizin sakinlərlə görüşündə “Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır” deməsi hamı kimi mənim də qəlbimdə iftixar hissi doğurdu. Hiss etdik ki, tək deyilik. Dövlətimiz, Prezidentimiz həm yaxşı, həm də ağır günümüzdə bizimlə bir yerdədir”.

Şamaxının Əngəxaran kəndində 5 nəfərdən ibarət ailənin yaşadığı evin sahibi Kamil Mehdiyev, onunla qonşuluqda olan evin sahibi İlham Baxşıyev də AZƏRTAC-ın bölgə müxbirinə müsahibələrində Prezident İlham Əliyevin zəlzələdən sonra rayona gəlməsindən, sakinlərlə görüşündən razılıqla danışıb, fəsadların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların qısa vaxtda yerinə yetiriləcəyinə əmin olduqlarını bildiriblər.

Son Xəbər