XƏBƏR, HADİSƏ
9-02-2019, 18:25

Evlərdən oğurluq edən şəxs saxlanılıb

Evlərdən oğurluq edən şəxs saxlanılıb
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Qərbinfo.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov yanvarın 24-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq, oradan 700 manat dəyərində qızıl-zinət əşyaları və 350 manat dəyərində 1 ədəd kompüter oğurlayıb.

Yanvarın 27-də isə başqa bir evə daxil olaraq 4050 manat pul və ümumi dəyəri 480 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. V.İsmixanov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.






Son Xəbər