XƏBƏR
9-02-2019, 15:30

Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub
Mövcud ovçuluq təsərrüfatlarının müasir, sivil tələblərə uyğun yenidən qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, görüşdə qeyri-hökumət təşkilatlarının, ovçuluq və ovçuluğun təşkili sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edib.

Ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması məqsədilə nazirlik tərəfindən ilk dəfə təşkil olunan görüşdə onların vəziyyəti barədə geniş təqdimat keçirilib, Azərbaycanda ov turizminin inkişaf perspektivləri müzakirə olunub.

Görüşün sonunda mövcud ovçuluq təsərrüfatlarının müasir tələblərə uyğun yenidən qurulması üçün əhatəli “Biznes plan”ın və təkliflərin hazırlanaraq üç həftə ərzində nazirliyə təqdim edilməsi və növbəti görüşlərin keçirilməsi qərara alınıb.






Son Xəbər