XƏBƏR, HADİSƏ
9-02-2019, 14:31

Daxili işlər orqanları tərəfindən ötən gün 33 cinayətin üstü “isti izlər”lə açılıb

Daxili işlər orqanları tərəfindən ötən gün 33 cinayətin üstü “isti izlər”lə açılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 33 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 35 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.






Son Xəbər