XƏBƏR, MANŞET-SLAYDER
8-02-2019, 09:23

Əmək pensiyalarının sığorta hissəsi artırıldı - SƏRƏNCAM

Əmək pensiyalarının sığorta hissəsi artırıldı - SƏRƏNCAMPrezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, həmçinin fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.






Son Xəbər