XƏBƏR, İDMAN
7-02-2019, 20:56

“Böyük dəbilqə” beynəlxalq turnirində 17 cüdoçumuz mübarizə aparacaq

“Böyük dəbilqə” beynəlxalq turnirində 17 cüdoçumuz mübarizə aparacaq
Fevralın 9-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürəcək.

Qərbinfo.az xəbər verir ki, yarışda ölkəmizi 11 kişi və 6 qadın cüdoçu təmsil edəcək. Kişilər arasında Rəşad Yelkiyev (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüfət Məmmədov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Tural Səfquliyev (90 kq), Elmar Qasımov, Zəlim Kotsoyev (hər ikisi 100 kq), Şahin Qəhrəmanov və Uşanqi Kokauri (hər ikisi 100 kq-dan yuxar) mübarizə aparacaqlar.

Qadınlar arasında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Buyankşiq Purevsuren, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) və İrina Kindzerska (73 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.

Doxsan səkkiz ölkədən ümumilikdə 609 (onlardan 360-ı kişi, 249-u qadın) idmançının qüvvəsini sınadığı turnirə fevralın 10-da yekun vurulacaq.






Son Xəbər